Cəmi 4 gün qalıb: Dünyanın gözlədiyi sammitin vaxtı bilindi 

İki liderin təqvimlərini uyğunlaşdırmaqda çətinliklər olsa da təmasa ehtiyac var

 Rusiya Prezidenti Vladimir Putin və Ağ Evin rəhbəri Co Bayden dekabrın 7-də onlayn iclas keçirəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir.
Daha əvvəl məlum olub ki, Rusiya və ABŞ liderləri iki sammit keçirməyi planlaşdırırlar. Onlardan biri 2021-ci ilin sonlarında onlayn formatda olacaq, 2022-ci ildə Putin və Bayden şəxsən görüşəcəklər.

Görüşün formatı

Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Putin və Baydenin onlayn sammitinin formatının detallarını açıqlayıb. O bildirib ki, söhbət videokonfransəlaqədən gedir.
Peskov deyib ki, tarix üzrə hər iki tərəfdən təkliflər var və onların arasında 7 dekabr tarixi də mövcudur, lakin hələlik tarixlər sinxronlaşdırılmayıb.
Sammitə nədən ehtiyac yaranıb
Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ümid edir ki, Putin və Baydenin təması yaxın günlərdə baş tutacaq.
"Yaxın günlərdə iki prezident arasında təmas baş tutacaq. Dərhal deməliyəm ki, tarix hələ razılaşdırılmayıb. İki liderin təqvimlərini uyğunlaşdırmaqda çətinliklər var, lakin təmasa ehtiyac var. Bizim xeyli sayda problemimiz var", - deyə Ryabkov bildirib.
Moskva ABŞ-ın RF və Birləşmiş Ştatlar prezidentlərinin təmaslarının cədvəllərini Ukraynada hadisələrin inkişafı ilə uyğunlaşdırdığını istisna etmir, lakin buna sakit yanaşır. Bu da RF XİN başçısının müavini Sergey Ryabkovun fikirləridir.
O qeyd edib ki, prezidentlər Vladimir Putin və Co Baydenin təması hazırkı şəraitdə vəziyyətin pisliyə doğru getmədiyini, komandalara sabitləşmə üzərində işləmək göstərişi verildiyini göstərmək baxımından vacibdir.

Ryabkov deyib ki, RF və ABŞ arasında hazırda Avropada gərginliyin azaldılmasına dair fikir birliyi yoxdur, aydındır ki, bu məsələ liderlərin hazırlanan görüşündə əsas mövzulardan olacaq.
"Təmas çox vacibdir, problemlərimiz artır. İkitərəfli məsələlərə dair hərəkət yoxdur və bu məsələlər daha çox kəskin böhran fazasında keçməkdədirlər. Avropada gərginliyi necə azaltmaq və digər məsələlər üzrə qarşılıqlı anlaşma yoxdur ", - Ryabkov bildirib.
"İşi digər istiqamətlər üzrə də qabağa aparmaq üçün öz komandalarına impuls verməlidirlər. Lakin Avropadakı vəziyyət böyük narahatlıq doğurur. Aydındır ki, bu prezidentlər səviyyəsində müzakirə olunmalı əsas mövzulardan olacaq", - o, əlavə edib.

Rusiya prezidenti Vladimir Putin bu günlərdə bəyan edib ki, ABŞ və onun müttəfiqləri ilə danışıqlarda RF “NATO-nun şərqə doğru istənilən genişlənməsini və Rusiyaya təhdid yaradan silah sistemlərinin ölkə ərazisinin birbaşa yaxınlığında yerləşdirilməsini istisna edən konkret razılaşmaların hazırlanmasında” israr edəcək.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər. Eyni zamanda Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını da açıqlamışdılar.