Rihannadan hamiləlik iddialarına cavab

Müğənni Rihanna hamilə olması ilə bağlı ddialara son qoyub.

Axşam.az xəbər verir ki, bir müddətdir mediada sənətçinin ana olmağa hazırlaşdığı haqda məlumatlar dərc olunub. Buna səbəb onun mükafatlandırma mərasiminə geyindiyi böyük lbas olub.

Rihanna sosial şəbəkədə paylaşımlarından birində izləyicisinin ona ünvanladığı suala reaksiya verib. O bildirib ki, hamilə deyil.