Avstriyanın yeni kansleri dekabrın 6-da and içəcək

Avstriya Xalq Partiyasının yeni lideri Karl Nehammer dekabrın 6-da kansler kimi and içəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Prezident Aleksander Van der Bellen də Nehammerin təklif etdiyi yeni nazirlərlə birlikdə and içəcək.
Dekabrın 3-də hökumət koalisiyasına daxil olan Avstriya Xalq Partiyasının Rəyasət Heyəti Yaşıllar partiyası ilə birlikdə Sebastyan Kurtsun yerinə daxili işlər naziri Karl Nehammeri təyin edib.