Bu gündən Rusiya rəsmi olaraq “Açıq Səma Sazişi”ndən çıxır

Rusiya dekabrın 18-də “Açıq Səma Sazişi”ndə iştirakını rəsmən dayandırıb.
Rusiya ilə vahid qrupa daxil olan Belarusda isə sazişdə iştirakın davam etdirilməsi və ya ondan çıxmağın mümkünlüyü məsələsi hələ nəzərdən keçirilir.
Xatırladaq ki, iyunun 7-də Rusiya prezidenti Vladimir Putin “Açıq Səma Sazişi”nin denonsasiyası barədə qanun imzalayıb.
“Açıq Səma Sazişi” soyuq müharibədən sonra Avropada etimadın artırılması tədbirlərindən biri idi.
O, 34 üzv dövlətin bir-birinin hərbi qüvvələri və fəaliyyətləri barədə açıq şəkildə məlumat toplamağa imkan verir.
Mənbə: RİA Novosti