Məşhur yapon aktrisa hoteldə ölü tapılıb

Yaponiyanın məşhur aktrisa və müğənnisi Sayaka Kanda 35 yaşında ölüb.
APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, S. Kandanın meyiti musiqi şousunda iştirak etmək üçün gəldiyi Sapporo şəhərində hotelin 14-cü mərtəbəsində aşkarlanıb.
Aktrisanın intihar etdiyi ehtimal olunur.