Zaqrebdə pilotsuz taksilər fəaliyyətə başlayacaq

Zaqrebdə pilotsuz taksi xidməti istifadəyə veriləcək.

Sherg.az ted.az-a istinadən bildirir ki, maşınlar uzaqdan idarə olunacaq, süni intellekt müstəqil şəkildə marşrutu simulyasiya edə biləcək və quraşdırılmış kameralardan alınan məlumatların təhlilini aparacaq. Həmçinin pilotsuz taksilər yolun hərəkət hissəsini müşahidə edəcək.

İlk prototip bu ilin sonunda təqdim olunacaq, xidmət isə 2024-cü ildə istifadəyə veriləcək. Zaqrebdən sonra belə taksilərin Avropa və Yaxın Şərqin daha 20 şəhərində fəaliyyətə başlayacağı gözlənilir. Dünyanın ilk pilotsuz taksiləri isə 2020-ci ildə Arizonada sınaq rejimində istifadəyə verilib.