Baydendən xəbərdarlıq:“Ağır xəstəlik və ölüm dolu bir qış...”


ABŞ-da COVID-19-dan ölənlərin sayı 800 mini keçib. 
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, prezident Co Bayden koronaya qarşı peyvənd olunmayan insanlara xəbərdarlıq edib. O bildirib ki, əgər tezliklə peyvənd edilməsələr, onları ağır və ölümcül qış gözləyir.
Bayden, 18 dekabrda keçirilən brifinqindən sonra Ağ Evdən Amerika xalqına səslənib: 
“Amerika xalqına birbaşa mesaj göndərmək istəyirəm. Gördüyümüz tədbirlər nəticəsində,”Omicron” o qədər də sürətlə yayılmayıb. Amma indi o, buradadır və yayılır. Artım qaçılmazdır. Peyvənd olunmayan şəxsləri və onların ailələrini xəstəxanalar, ağır xəstəlik və ölüm dolu qış gözləyir. 
ABŞ prezidenti yaxşı xəbər olaraq qeyd edib ki, əgər insanlar peyvənd olunsalar, ciddi xəstəliklərdən və ölümdən qorunacaqlar.

Çimnaz , ŞAHLAR