Çindən ABŞ-yə çağırış: “Dinc yaşamaq üçün yol tapın”



Çinin xarici işlər naziri ABŞ-ı dinc yaşamaq üçün yol tapmağa çağırıb.
“Sherg.az” xəbər verir ki,  nazir Vanq Yi ABŞ- la soyuq münasibətin səbəblərini açıqlayıb: 
“Son bir ildəki uğursuzluqlar və münaqişələr bir daha göstərdi ki, Çin-ABŞ münasibətlərində ciddi və müxtəlif çətinliklərin əsas səbəbi ABŞ tərəfinin Çin və ikitərəfli münasibətlərlə bağlı strategiyasını yanlış qiymətləndirməsindədir”.
Vanq bu münaqişənin dünya üçün təhlükəsindən də danışıb:
“ABŞ tərəfinin yanlış sözləri və hərəkətləri təkcə iki xalqın maraqlarına ciddi zərər vurmur, həm də dünyada sülh və sabitliyə ciddi təsir göstərir”.

Vanq ABŞ-la iş birliyi etmək istədiklərini də vurğuayıb. Hər iki ölkənin əməkdaşlıqdan qazanacağını və münaqişədən itirəcəyini qeyd edən Vanq bunun Çin və ABŞ arasında yarım əsrdən artıq bir müddətdə aparılan mübadilələrdən öyrənilmiş ən mühüm dərs olduğunu söyləyib:

"Ümid edilir ki, ABŞ tərəfi iki ölkə liderlərinin əldə etdiyi razılaşmanı ciddi şəkildə həyata keçirəcək. Etimad qazanmaq üzrə öhdəliklərini yerinə yetirəcək. İki böyük ölkə arasında dinc yaşamaq yolunu araşdırmaq üçün Çinlə birlikdə çalışacaq".

Çimnaz Şahlar