Zelenski litvalı və polşalı həmkarları ilə görüşüb:“Dəstəyə ehtiyacımız var”

Ukrayna prezidenti Vladimir Zelenski dünən litvalı həmkarı Gitanas Nauseda və polşalı həmkarı Anjey Duda ilə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.Ukrayna, Litva və Polşa liderlərinin üçtərəfli görüşündə Rusiyanın hərbi fəaliyyəti, Polşa və Litva sərhədlərindəki qaçqın böhranı da müzakirə olunub.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki,  Zelenski öz çıxışında siyasi arenanı tədbirlər görməyə çağırıb:
“Rusiyanın gərginliyi artırmasının və Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti Polşa və Litva sərhədlərində qaçqın böhranı kimi artıq baş verən hadisələrə reaksiya verməkdənsə, qabaqlayıcı addımlar atmalıdır. Ona görə də biz bu gün Litvadan və Polşadan olan dostlarımızla görüşürük, çünki onlar başa düşürlər ki, bizim də bu gün onların dəstəyinə ehtiyacımız var”.

Cəmilə ƏZİM