İsrail 4-cü peyvəndi sınayan ilk ölkə ola bilər

İsrail 4-cü peyvəndi sınayan ilk ölkə ola bilər. “Sherg.az” BBC-ə istinadən xəbər verir ki, İsrailin pandemiya mütəxəssisləri 60 yaşdan yuxarı və tibb işçiləri üçün dördüncü doza peyvəndin istifadəsini tövsiyə ediblər. İsrailin Baş naziri Naftali Bennett bu planı xoş qarşılayıb və rəsmilərə bu barədə hazırlıq görməyi söyləyib. Dördüncü doza peyvəndin tətbiqi qərarı hələ də yüksək səviyyəli səhiyyə rəsmiləri tərəfindən təsdiqlənməyib. Lakin cənab Bennettin BBC-yə bildirib ki, bu dozanın üçüncü dozadan ən azı dörd ay sonra insanların istifadəsinə veriləcəyinə ümid edir:  

"Bu, dünyanı bürüyən “Omicron” dalğasından keçməyimizə kömək edəcək gözəl xəbərdir. Rəsmiləri mümkün qədər tez qərar qəbul etməyə çağırıram”.

Məlumat üçün qeyd edək ki, bu həftə İsraildə “Omicron” ştammından ilk ölüm hadisəsi gerçəkləşib. 

Ölkə virusun yayılmasının qarşısını almaq üçün ABŞ, Almaniya, İtaliya və Kanada da daxil olmaqla ölkələrə səyahət qadağasını genişləndirib.

Çimnaz ŞAHLAR