Stiven Cerrard koronavirusa yoluxub

İngiltərənin "Aston Villa" futbol komandasının baş məşqçisi Stiven Cerrardın koronavirus testi müsbət nəticə verib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 41 yaşlı mütəxəssis "Çelsi" və "Lids"lə Premyer Liqa qarşılaşmalarında iştirak edə bilməyəcək.

Oyunlar dekabrın 26-da və 28-də olacaq.

Qeyd edək ki, "Aston Villa" 17 oyundan 22 xalla 10-cu yerdə gedir.