ABŞ-da yaşayış binasında atışma zamanı 1 nəfər həlak olub

ABŞ-ın Toronto ştatında yaşayış binasında atışma zamanı 1 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə CTV kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, çağırışa gələn polis çoxmərtəbəli yaşayış binasının pilləkənində güllə yarası almış kişini aşkar edib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd olunur ki, hücum edən şəxs tək olmayıb. Mərhum qaçmaq istəyərkən güllələnib. Hələlik hadisəyə görə heç kim saxlanmayıb.