Nelson Mandelanın cəza çəkdiyi kameranın açarının satışa çıxarılması narazılıq doğurub

Böyük Britaniyanın “Guernsey’s” hərrac evində CAR-ın ilk qaradərili prezidenti Nelson Mandelanın cəza çəkdiyi həbsxana kamerasının açarının satışa çıxarılması narazılıq doğurub.

APA-nın xəbərinə görə, hərrac evi açarı həbsxananın nəzarətçisi olmuş Kristo Brandın təqdim etdiyini bildirib. Satış yanvarın sonunda keçiriləcək.

Hərrac evinin bu açıqlaması Cənubi Afrika Respublikası hökumətinin ciddi etirazına səbəb olub. Ölkənin xarici işlər nazirliyi bəyanat yayaraq açarın dərhal öz sahibinə, yəni ölkəyə qaytarılmasını tələb edib.

“Bu açar Cənubi Afrika xalqına aiddir və heç kəsin şəxsi mülkiyyəti ola bilməz” deyə, ölkənin xarici işlər naziri Nathi Mtetva bildirib.