Putin qapıya 7 qol vurub

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqa səfəri zamanı NATO-ya güc nümayiş etdirmək həvəsindən vaz keçməyib. Yeni ilin başlanğıcında Belarusda “müharibə oyunu” səhnələşdirəcəklərini duyuran Putin sonra da buz meydançasını çıxıb və sevimli idman növü – buzüstü hokkey oynaıb.  

Putinin komandası ağ geyimdə, “rəqib komanda” isə qırmızı geyimdə buz meydançasına çıxıb. Putin hokkey komandasında adətən forvardlara - əsas hücumculara aid “11” nömrə  altında oyuna qatılıb. Maraqlı olan oyunda Belarus prezidenti Aleksandr Lukaşenko ilə birlikdə 17 yaşlı oğlu Kolyanın da Putinin komandasında yer almasıdır. Ağ rəngli komanda “qırmızılar” 18:7 hesabı ilə məğlub edib. Putin qapıya 7 qol vurub.