Rusiyada koronavirusdan ölənlərin sayı 309 707 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 10.5 milyonu ötüb

Rusiyada son sutka ərzində daha 19 751 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 519 733 nəfərə çatıb.

Son sutka ərzində 847 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 309 707 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.