Saakaşvili gürcü müğənnidən nikahdankənar qızının olduğunu etiraf edib

“Yeni ildə mənim sevimli kiçik qızım, Birinci kanalda yayımlanan bayram konsertinin iştirakçısı Elis Mariya Saakaşvili anası ilə birlikdə sizləri salamlayacaq”.

Sherg.az "24News.ge"- ə istinadən xəbər verir ki, bu sözləri hazırda həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində qeyd edib.

O, ilk dəfədir nikahdankənar qızının olduğunu etiraf edib.

Məlumata görə, E.M.Saakaşvilinin anası Gürcüstan müğənnisi Sofiya Nijaradzedir. M.Saakaşvili feysbuk səhifəsində qızı və onun anası S.Nijaradzenin səhnədə çəkilən birgə fotolarını da paylaşıb.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü M.Saakaşvili 1993-cü ildə Niderland əsilli Sandre Rulovsla rəsmi ailə qurub. Onların Eduard və Nikoloz adlı iki oğlanları var.

Sabiq dövlət başçısı ötən ilin oktyabrında Ukrayna parlamentinin deputatı Yelizaveta Yasko ilə də sevgi münasibətində olduğunu açıqlamışdı.