İranın kosmosa buraxdığı raket faydalı yükü orbitə çıxara bilməyib

İranın cümə axşamı günü kosmosa buraxdığı raket lazımi sürətə çata bilmədiyi üçün faydalı yükü orbitə çıxara bilməyib.

Sherg.az Trend-ə istinadən  xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni dövlət televiziyasında yayımlanan açıqlamasında bildirib.

O qeyd edib ki, faydalı yükün orbitə çıxması üçün daşıyıcı raketin sürəti saniyədə 7600 metrdən yuxarı olmalıdır. Lakin buraxılan raket yalnız saniyədə 7350 metr sürəti yığa bilib.