Boyunlarından şəkillərini asıb küçə ilə dolaşdırırlar: İctimai qınaq 


Koronavirusun Vətəni Çindən heyrətli fotolar paylaşılır. Dünya yenə “donub qalıb”. “Şərq” xarici mediaya istinadən bildirir ki, Çinin Jingxi şəhərndə karantin qaydalarına saymaz yanaşanlara, qaydaları  pozanlara qoruyucu xüsusi libaslar geyindirilib və onlar öz fotoları boyunlarında asılı vəziyyətdə küçələrdə dolaşdırılıb.

 Şəhər idarəçiləri bu addımı son zamanlar COVİD-19-un “Omicron” variantının sürətlə yayılmasıyla izah edir. Dünya Səhiyyə Təşkilatı “Omicron” variantının özüylə gətirdiyi yeni youxma dalğasını “tsunami” adlandırıb. ÜST-ün rəhbəri deyib ki, “Omicron”la “Delta”ya artıq əkiz variantlar kimi baxılır. Bu iki variantın birlikdə yayılması isə dünya üçün əsl tsunami fəlakəti ola bilər. Son günlərdə Avropa ölkələri və ABŞ-da “Omicron”a yoluxma sayında kəskin artım müşahidə edilir. Lənətə gəlmiş koronavirusun Vətəni Çindən isə ürküdücü görüntülər yayılır. Çin hökuməti yoluxmanın qarşısını almaq üçün şəhərlərə giriş-çıxışı bağlayır, evə qapanmaları məcburi edir, bununla da kifayətlənməyərək karantin qaydalarına saymazyana yanaşan, qaydalara riayət etməyənlərə qarşı ictimai qınaq üsluna əl atır. Bu üsullardna biri də “utanc yürüşüdür”. Bu, qayda pozucularının ictimaiyyət qarşısında ifşa edilməsidir. Belə adamlar xüsusi qoruyucu libas geyindirilərək, fotoları da boyunlarından asılmış halda polisin müşayəti ilə küçələrdə dolaşdırılır.  Küçədə dolaşdırılanlar arasında cəza almış 4 nəfər də var. Bu adamları silahlı polislər müşayət edir. Utanc tablosundan görüntülər sosial şəbəkələrdə də yayılıb və dünyada böyük əsk-səda doğurub. Çin hökumətinin bu addımını insan haqlarına həqarət hesab edənlər də var. 
Qeyd edilir ki, Çində utanc yürüşləri 2010-cu ildən qadağan edilib. Lakin bəzi yerli icra orqanları qadağaya əməl etmir, əksinə tətbiq edir.