Saakaşvili xahiş etdi: Kütləvi aclıq aksiyası dayandırıldı

"Vahid Milli Hərəkat" partiyasının üzvləri sabiq prezident Mixeil Saakaşvilinin xahişi əsasında aclıq aksiyasını dayandırıblar.

Sherg.az xəbər verir ki, bu barədə partiyadan verilən açıqlamada qeyd olunub.

Partiyanın rəhbəri Nika Melia qeyd edib ki, sabiq prezident aclıq aksiyası keçirənlərə görə çox narahatdır və onlar bu aksiyanı davam etdirsələr, Saakaşvili də aclıq aksiyasına başlayacağını bildirib:

"Biz bu aksiyanı davam etdirsək, onun özü də aclıq aksiyasına başlamağa məcbur olacaq. Bizim heç birimizin ona belə bir imkan vermək haqqımız yoxdur. Çünki Saakaşvilinin növbəti dəfə aclıq aksiyasına başlaması onun ölümünə səbəb ola bilər. Buna görə də biz mübarizə yoldaşlarımızla birlikdə rəngarəng və qeyri-zorakı başqa bir aksiyaya başlayacağıq. Siyasi cəhətdən idarə edilən məhkəmə sistemi sona çatanadək və ölkədəki zorakılıq yekunlaşanadək bu aksiyaları davam etdirəcəyik", - deyə N. Melia bildirib.