Özbəkistanda 2022-ci il “İnsan maraqlarının təmin olunması və məhəllə ili” elan edilib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2022-ci ili ölkədə “İnsan maraqlarının təmin olunması və məhəllə ili” elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısı Yeni il bayramı münasibətilə xalqa müraciətində bildirib.

Prezident deyib ki, məhəllədə və hər bir evdə sülh bütün ölkədə sülhün qorunması deməkdir. 2022-ci ildə Özbəkistanda iqtisadiyyat və sahibkarlıq güclü inkişaf etdiriləcək, yeni iş yerləri yaradılacaq, əhalinin gəlirləri, maaş, pensiya, təqaüd və yardımlar artırılacaq. Sosial sahəyə, xüsusən səhiyyə, elm, təhsil və gənc nəslin tərbiyəsi sahələrinə xüsusi diqqət yetiriləcək.

Xatırladırıq ki, 2021-ci il Özbəkistanda “Gənclərin dəstəklənməsi və əhalinin sağlamlığının qorunması ili” elan edilmişdi.