İtaliyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib

İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 144 min 243 nəfər artaraq ümumilikdə 6 milyon 125 min 683-ə çatıb.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 155 nəfər artaraq 137 min 402-yə yüksəlib. Reanimasiya şöbəsində olan xəstələrin sayı 1226 nəfərdir.

Keçən il dekabrın 27-dən etibarən COVID-19-a qarşı aparılan vaksinasiya kampaniyası çərçivəsində bu günədək İtaliyada 111 milyon 161 min 728 doza peyvənd vurulub.