ABŞ-da yanğın nəticəsində minədək ev yararsız hala düşüb


ABŞ-ın Kolorado ştatında yanğın nəticəsində minədək ev tamamilə yarasız hala düşüb, Denver şəhərində 2 məhəllə məhv olub.

APA-nın xəbərinə görə, güclü külək və quru hava yanğının miqyasının genişlənməsinə səbəb olub.


On mindən çox sakin evlərini tərk edib, ştatın bir çox ərazisində elektrik və qaz təchizatında fasilələr yaranıb. Qəflətən qarın yağması nəticəsində alovu nəzarət altına almaq mümkün olsa da, itkin düşən 2 nəfərin axtarışları çətinləşib.