ABŞ-ın müdafiə naziri koronavirusa yoluxub


ABŞ-ın Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə bildiriş Pentaqonun saytında yer alır. Pentaqon rəhbəri bildirib ki, onun Covid-19 testi müsbət nəticə verib. Lakin simptomlar yüngüldür və o, həkimin tövsiyəsinə əməl edir.

Qeyd olunub ki, Ostinin səlahiyyətlərini onun müavini Ketlin Hik icra edir.