Gürcüstanda 2021-ci ilin dekabr ayında inflyasiya əvvəlki ayla müqayisədə 0,3%, illik inflyasiya isə 13,9% təşkil edib.
Sherg.az 24News.ge-ə istinadən xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata əsasən, illik inflyasiya ən çox ərzaq məhsullarının qiymətlərinə təsir edib:
● Yağ 24,5 faiz;
● Meyvə - tərəvəz 20,7 faiz;
● Çörək və un məhsulları 20,2 faiz;
● Şəkər və digər şirniyyatlar 19,8 faiz;
● Balıq 16,5 faiz;
● Süd, pendir və yumurta 15,3 faiz;
● Mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 13,5 faiz;
● Ət və ət məhsulları 10,2 faiz;
● Qəhvə, çay və kakao 6,1 faiz artıb.
Məlumatda qeyd olunur ki, il ərzində nəqliyyat sektorunda 17,3% bahalaşma qeydə alınıb.
Bununla yanaşı, Mənzil, Su, Elektrik və Qazın qiymətlərində 43,5 faiz artım qeydə alınıb ki, bu da illik 3,64 faiz inflyasiyanı əks etdirib.