Qazaxıstanda telekanal ələ keçirildi -  Etirazçılar canlı yayına çıxacaqlar?

Qazaxıstanın Almatı şəhərində etirazçılar “Mir24” telekanalının müxbir ofisinin binasını ələ keçiriblər.
"Sherg.az" "Lenta.ru"ya istinadən xəbər verir ki, nümayişçilər dəyənəklərlə binaya soxularaq kanalın əməkdaşlarını bir saata yaxın saxlayıb . Daha sonra jurnalistlər sərbəst buraxılaraq bayıra aparılıb. Etirazçılar canlı yayıma çıxmağı tələb edirlər.
Qeyd olunur ki, hazırda binada pəncərələr sındırılıb, qapılar döyülüb.
Bundan əvvəl respublikanın şəhərlərində kütləvi etirazlar fonunda bütün Qazaxıstanda internetin fəaliyyətini dayandırması barədə məlumat daxil olub. "NetBlocks" monitorinq xidmətinin fikrincə, insident etirazların işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdıracaq.

Cəmilə ƏZİM