ABŞ tarixində İLK: Nüvə gəmisini qadın idarə etdi

 ABŞ Hərbi Dəniz Qüvvələri tarixində ilk dəfə bir qadın nüvə gəmisinə komandirlik edib.
“Sherg.az” xəbər verir ki, kapitan Emi Bauernşmitd ABŞ Hərbi Dəniz Qüvvələri tarixində nüvə gəmisinə rəhbərlik edən ilk qadındır.

Kapitan E.Bauernşmitd bununla bağlı öz duyğularını belə ifadə edib: "Millətimizi qorumaq üçün seçilmiş insan olmaqdan daha gözəl və məsuliyyətli duyğu yoxdur. Donanmadakı ən gözəl gəmini mənə təslim etdiyiniz üçün təşəkkürlər”.
E.Bauernşmitdin karyerası ərzində 3000-dən çox səfər saatı keçdiyi bildirilir.

ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamaya görə, USS Abraham Lincoln nüvə gəmisi kapitan Emi Bauernşmitdin komandanlığı ilə dünən San Dieqoya yerləşdirilib. 

Çimnaz ŞAHLAR