Nur-Sultanda işləyən yeganə bank uzun növbələrə səbəb oldu - FOTO

Qazaxıstanın Nur-Sultan şəhərinin sakinləri kütləvi şəkildə yeganə işləyən bankdan pul çıxarmağa çalışırlar.
İnternet olmadığından mağazalarda ikinci gündür nağdsız ödəniş aparılmır.
Qeyd edilir ki, “Halık Bank”ın Nur-Sultandakı filialında uzun növbə yaranıb.
Bundan əvvəl Qazaxıstan Milli Bankı məlumat vermişdi ki, ölkədəki bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetdə fasilələr səbəbindən fəaliyyətini dayandırıb.