Aktau şəhərində etirazçılar meydanları tərk edirlər

Qazaxıstanda etirazların mərkəzlərindən biri olan  Aktau şəhərində etirazçılar mərkəzi meydandan dağılmağa başlayıb.
“Sherg.az” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, insanlar meydanlardan evlərinə dönürlər. Məlumata görə, əvvəllər şəhər sakinlərini küçələrə çıxmağa çağıran fəallar, indi etirazçıları evlərinə getməyə çağırırlar.
O da məlum olub ki, Şərqi Qazaxıstan vilayətinin Cambıl vilayəti və Semey şəhəri administrasiyalarının binaları etirazçılardan azad edilib. Bu ərazilərdə vəziyyət nəzarət altına alınıb.

Çimnaz ŞAHLAR