Qazaxıstan iğtişaşlar nəticəsində dəymiş zərərin məbləği açıqlandı


Qazaxıstandakı iğtişaşların ölkə biznesinə vurduğu zərər təxminən 40 milyard tenge (90 milyon dollardan çox) səviyyəsində qiymətləndirilir.

Bu barədə “Atameken” Milli Sahibkarlar Palatası məlumat yayıb.

Bildirilib ki, sahibkarların obyektlərə çıxışı olmadığından kirayəçilərin əksəriyyətinə dəyən ziyanı qiymətləndirmək hələlik mümkün deyil.

Hazırda Palata bütün regionlardakı biznes assosiasiyaları ilə birlikdə sahibkarlara dəymiş ziyanın təxmini məbləği barədə məlumatların toplanması və zərərçəkmişlərin reyestrinin formalaşdırılması ilə məşğuldur.

Mənbə: TASS