ABŞ dövlət katibi qazax həmkarı ilə ölkədəki vəziyyətdən danışıb

ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə ölkədəki vəziyyəti müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Blinkenin sözlərinə görə, ABŞ konstitusiya təsisatlarını və media azadlıqlarını dəstəkləyir. O, ölkədəki vəziyyətin sülh yolu ilə nizamlanmasına çağırıb.
Bundan əlavə, ABŞ dövlət katibi qazax həmkarı ilə Avropada sabitliyin təşviq edilməsinin vacibliyi barədə danışıb.