Qazaxıstanda iğtişaşlar: 26 iştirakçı zərərsizləşdirildi, saxlanılanların sayı üç mini keçdi


Qazaxıstanın hüquq-mühafizə orqanları iğtişaşların 26 iştirakçısını zərərsizləşdirib, üç mindən artıq insan saxlanılıb.
Bu barədə “Xabar-24” telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qurumdan bildirilib ki, hadisələr zamanı 18 hüquq-mühafizə orqanı əməkdaşı ölüb, 748 polis və Milli Qvardiya hərbçisi xəsarət alıb.
Şəhər və rayon administrasiyalarına aid bütün binalar, həmçinin polis bölmələri nəzarətə götürülüb.
Mənbə: TASS