Almatıda teleradio binası yanır

Qazaxıstanın Almatı şəhərində yerləşən “Mir-24” teleradio şirkətinin binası yanır.
Binanın etirazçılar tərəfindən yandırıldığı ehtimal edilir.
Qeyd edək ki, bir neçə saat əvvəl yerli KİV-lər məlumat verirdi ki, Almatı şəhərində iğtişaşçılar “Mir” telekanalının binasında barrikada qurublar.
Onların hərbçilərə müqavimət göstərdiyi qeyd olunur.
Mənbə: TASS