ABŞ-ın Şimal-qərb ərazilərində qar ciddi fəsadlara yol açıb.
APA-nın xəbərinə görə, çovğun səbəbindən bir neçə ştatda dərslər təxirə salınıb, hava və quru nəqliyyatının işi çətinləşib.
Nyu-Yorkda qarın qalınlığı 30 santimetri keçib ki, bu da 9 milyonluq şəhər üçün nadir hadisədir. Meteoroloji şəraitə görə 830 reys ləğv edilib. Qarın təmizlənməsi üçün çox sayda texnika cəlb olunub.