
Sərhəd razılaşmasında açıq qalan məqamlar var -ANALİTİK
Yusif Nəzərli
11:03 18.01.2025
Aktual
468
Asif Nərimanlı: "Ermənilər ordumuzun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər"
"Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyalarının razılaşması Bakı-İrəvan xəttində əhəmiyyətli razılaşmadır, hərçənd, açıq qalan məqamlar var".
Bunu "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, sərhədin hansı prinsiplə delimitasiya ediləcəyi hələ də tam müəyyən edilməyib:

"İrəvanın Almatı Bəyannaməsinə (SSRİ dağılanda mövcud xətlər üzrə) istinad edilməsi istəyi Bakının maraqlarına uyğun deyil. Tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı müşahidə edildiyi vaxt, sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır. İstisna deyil ki, Bakı və İrəvan delimitasiya məsələsinə yanaşmasını dəyişməyib. Ortaq mövqe delimitasiyanın hissə-hissə aparılması prinsipindədir, əldə olunan razılaşma da bu fikri önə çıxarır, lakin hər iki tərəfin prosesi öz marağına uyğun idarə etmək cəhdləri də görünür. Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin əsas götürülməsinə çalışır. Bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər. Razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Almatı Bəyannaməsinə istinadən edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır".
Ekspertə görə, Bakı delimitasiya prinsiplərini sülh sazişində dəyişdirmək və 19 aprel razılaşmasını korrekt etmək imkanını özündə saxlayır:
"Lakin 16 yanvar razılaşması səbəbsiz görünmür. Razılaşmada ən mühüm detal “şimaldan cənuba” prinsipidir. Proses Gürcüstanla sərhəd qovşağından İranla sərhəd qovşağına doğru həyata keçirilməlidir. Bu, Azərbaycana delimitasiya prosesini şimal istiqamətində davam etdirmək imkanı verir. Bura niyə önəmlidir? Delimitasiyanın Qazax-Tavuş istiqamətindən başlanması Azərbaycana anklav olmayan 4 kəndi azad etmək imkanı yaratdı. Prosesin yenə bu istiqamətdə davam etdirilməsi Qazaxın anklav kəndlərinin azad edilməsini əsas müzakirə mövzusuna çevirəcək. Delimitasiyanın uzunmüddətli olduğunu nəzərə alsaq, xüsusilə anklavların həlli məsələsinin mürəkkəbliyi fonunda, prosesin Ermənistanın istədiyi istiqamətlərdə irəliləməsini arxa plana keçirir. Bu, ermənilərin, eləcə də Qərbdəki dəstəkçilərinin “Azərbaycan ordusu Ermənistan ərazisindədir” iddiaları üzərindən apardıqları kampaniyanın da aktuallığını azalda bilər".
A.Nərimanlıya görə, qlobal dəyişikliklər, xüsusilə Trampın hakimiyyətə qayıdışı Cənubi Qafqazdakı hadisələrin də inkişafına təsir edəcək:
"Bakı-İrəvan danışıqları bu prosesdə əsas “siyasi döngə” rolunu saxlayacaq. Regionda toqquşan maraqlar güc mərkəzlərinin Azərbaycan-Ermənistan problemlərindən bölgəyə “müdaxilə” üçün yararlana biləcəyi gözləntisini də önə çıxarır. İstisna deyil ki, xüsusilə Qərb qüvvələri sərhəd məsələsini - “Ermənistan ərazisinə müdaxilə” iddialarını istifadə edə bilər. Bu kontekstdə şimaldan cənuba doğru delimitasiyanın aparılması ilə bağlı məsələ maraqlı oyunçuların “sərhəddən giriş” imkanlarını neytrallaşdırmağa imkan verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm