Qazaxıstanda vəziyyət sabitləşib

Qazaxıstanın qarşıdurmalar baş vermiş bütün ərazilərində vəziyyət sabitləşib.

APA-nın xəbərinə görə, bunu Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev deyib.

“Hazırda ölkədə qayda-qanunun tam bərpası üçün antiterror əməliyyatları davam edir. Bu günə olan məlumata görə bütün vilayətlərdə vəziyyət sabitləşib. Güc strukturları hökumət binalarını azad ediblər. Kommunal obyektlərin fəaliyyəti bərpa olunub” – deyə, Turqumbayev bildirib.