Qorxunc iddia: Çinin şəhərlərində əsl panika yaşanır


“Omikron” ştammı paketdən yayıldı!

“Omicron” ştammı ilə bağlı qorxunc iddianı koronavirusun mərkəzi Çin ortaya atıb. Rəsmi Pekin “Omicron” ştammının ölkəyə Kandadan poçt vasitəsiylə göndərlmiş bir bağlamadan yayıla biləcəyini iddia edir. 

“Omicron” ştammının sürətlə yayılması səbəbiylə Çində sərt karantin qaydaları yenidən tətbiq edilir. Bununla da koronavirusun yayıldığı qorxunc zamana geri dönülüb. Çin hökuməti əhaliyə qoruyucu əlcəklər və maskalardan mütləq şəkildə istifadəylə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq tibb personalına da aiddir, eyni zamanda bütün vətəndaşlara da. Əhaliyə ciddi şəkildə xəbərdarlıq edilir ki, marketlərdən alış-veriş etdikdən sonra paketləri evə gətirmədən açıq havada açsınlar, şüşələri, yuyulması mümkün olan hər məhsulu yaxşıca yuduqdan sonra mənzilə və ya mətbəxə daşısınlar. Bu xəbərdarlıqlar əhalini daha da təşvişə salır.   
Çinin şəhərlərində əsl panika yaşanır. Çin hökuməti poçt şöbələrinə də xüsusi təlimat göndərərək xaricdən ölkəyə gələn bütün bağlamaları açarkən mütləq qaydada qoruyucu əlcək və maskalardan istifadə etməyi tapşırır. Hökumət dəniz yoluyla gələn bağlamaların dezinfeksiya edilməsi istiqamətində çalışmaların sürətləndiriləcəyini də bildirib. Poçt işçilərinə isə tam peyvənd olunmaları tapşırılıb. Belə bir vəziyyətdə Çin Qış Olimpiya Oyunlarının açılışına hazırlaşır. Olimpiadanın başlanmasına 3 həftədən də az müddət qalır. Çin hökuməti Olimpiada öncəsi COVİD yasaqlarını daha da sərtləşdirərək pandemiyanı nəzarətdə saxlamağa çalışır. Milyonlarla insan karantin altına alınmış durumdadır. Dövlət mediası CCTV tərəfindən sosial şəbəkələrə göndərilmiş xəbərdarlıqda isə əhaliyə xarici ölkələrdən sifarişləri bir müddət azaltmağı tövsiyə edilir: Əldən-ələ təslimatlarda özünüzü qoruyun, maska taxdığınızdan və əlcək geyindiyinizdə əmin olun, mümkünsə bağlamaları, paketləri açıq havada açın. Karqo yoluyla gələn bağlamaları açarkən də diqqətli olun.