Avropa İttifaqından Ukraynaya dəstək mesajı

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynaya dəstək bəyanatı verib.

 "Sherg.az" xəbər verir ki, J.Borrell Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb və Aİ-nin bu ölkəyə dəstəyini təsdiqləyib.
J.Borrellin ofisindən verilən açıqlamaya görə, J. Borrell və Kuleba arasında telefon danışığında "Rusiyanın Avropa təhlükəsizliyinin əsas prinsiplərini pozmaq cəhdləri ilə bağlı beynəlxalq diplomatik səylər" barədə fikir mübadiləsi aparılıb.

J.Borrell keçən həftə Fransanın Brest şəhərində keçirilən Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən, həmçinin ABŞ və NATO ilə təmaslardan sonra Ukraynaya “sarsılmaz” dəstəyini təkrarlayıb.

Aİ-nin Rusiyanı gərginliyi azaltmağa və qoşunlarını Ukrayna sərhədindən çıxarmağa çağırmağa davam edəcəyini bildirən J.Borrell, Ukraynanın təmkinli mövqeyini alqışlayıb.

Görüşdə Ukraynanın dövlət qurumlarına kiberhücumlar da müzakirə edilib. Aİ tərəfi bu cür hücumlara qarşı müqavimətini artırmaq üçün Ukraynanı dəstəkləməyə davam edəcəklərini bəyan edib.

Mənbə: EN SON HABERLER