Təyyarədə maska qalmaqalı: 40 yaşlı qadına görə təyyarə geri döndü

Mayamidən Londona uçan “American Airlines” təyyarəsi bir sərnişinin  maska taxmaqdan imtina etməsi səbəbi ilə geri dönmək məcburiyyətində qalıb.
“Sherg.az”  BBC-ə istinadən xəbər verir ki, içərisində 129 nəfər olan təyyarə Mayamiyə geri qayıdıb və polis tərəfindən qarşılanıb.
 Məlumata görə, maska taxmağa etiraz edən 40 yaşlı qadın təyyarədən endirilib və uçuşu qadağan edilmiş şəxslər siyahısına salınıb. Bu reys ilə uçan sərnişinlər isə cümə axşamı günü yenidən başqa reys üçün rezervasiya ediliblər.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, hava yolları keçən il itaətsiz sərnişinlərlə bağlı 6000-ə yaxın, bu ilin ilk iki həftəsində isə 151 hadisə barədə məlumat verib. Onların əksəriyyəti maska taxmaqdan imtina edən sərnişinlər olub.

Çimnaz Şahlar