Boliviyada avtobus qəzaya uğrayıb, xeyli sayda ölən və yaralı var

Boliviyanın qərbində Cami yaşayış məntəqəsi yaxınlığında sərnişin avtobusunun uçurumdan aşması nəticəsində azı 11 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə məlumatı Associated Press agentliyi yerli polis orqanlarına istinadən yayıb.


Hadisə nəticəsində 18 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

Qəzanın başvermə səbəbləri açıqlanmır, müvafiq qurumlar hadisə yerində araşdırma aparırlar.