Türkiyənin milli müdafiə naziri Hulusi Akar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Akar, Covid- 19 testinin müsbət çıxdığını bildirərək bu qeydləri edib: "Covid- 19 testi nəticəm müsbət çıxıb. Çox şükür, sağlamlıq vəziyyətim yaxşıdır, lazımi tədbirləri görərək, işlərimizə davam edirik".