ABŞ-da təyyarə suya düşdü: Axtarışlar başladı

ABŞ-ın Şimali Karolina ştatı yaxınlığında göyərtəsində yeddi nəfər olan təyyarə suya düşüb.
Yerli icra orqanlarının məlumatına görə, təyyarə Karteret dairəsi sahillərindən təxminən 6,5 kilometr şərqdə qəzaya uğrayıb. Göyərtədəki sərnişinlərdən dördünün yeniyetmə olduğu qeyd olunur.
Hazırda yeddi nəfərin axtarışların davam etdiyi əraziyə Sahil Mühafizəsi Xidmətinin texnikası və helikopterlər cəlb olunub.

Mənbə: RİA Novosti