ABŞ-ın Nyu-Meksiko ştatında bıçaqlı şəxsin hücumu nəticəsində 11 nəfər yaralanıb.
Bu barədə ştatın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə Albukerke şəhərində baş verib. Cinayətkar velosipedlə təkbaşına hərəkət edib. Polis onun ayrı-ayrı rayonlarda hücumlar təşkil etməsini istisna etməyib.
Yaralılar xəstəxanaya çatdırılıb. Polis şübhəlinin saxlanıldığını qeyd edib.