ATƏT Rusiyanın hərbi fəallığına dair müzakirə aparacaq

ATƏT Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı fevralın 15-də məsləhətləşmələr keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Polşanın ATƏT-dəki sədrliyinin tviter hesabında məlumat paylaşılıb:
“Ukrayna Polşanın ATƏT-dəki sədrliyindən fövqəladə hərbi fəallaşma ilə bağlı Rusiya və başqa maraqlı dövlətlərlə görüş keçirməyi xahiş edib.
Bu görüş çərşənbə axşamı Vyana Sənədinə əsasən çağırılacaq”.