Şolts Ukrayna ətrafında gərginliyin təcili azaldılmasına çağırıb

Ukrayna ətrafında vəziyyətin deeskalasiyası təcili olaraq lazımdır, müharibə başlamamalıdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Biz yüz min əsgərin Ukrayna sərhədində cəmləşməsindən narahatıq, bunun üçün heç bir aşkar səbəb yoxdur. Ona görə də təcili olaraq deeskalasiya lazımdır. Bu gərgin vəziyyətdə müharibəyə başlamamaq çox vacibdir", - Şolts qeyd edib.