SON DƏQİQƏ: “NATO Rusiya qoşunlarının çıxarılmasına...”

Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı Kremldən son dəqiqə açıqlaması gəlib. "Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, Kreml bildirib:
"Rusiya prezidenti Putin danışıqlara hazır olduğunu vurğulayıb. ABŞ prezidenti Baydenin özünün də danışmağa hazır olduğunu göstərməsi müsbət addımdır".
Bəyanatda NATO-nun baş katibi Stoltenberqin bəyanatlarına da cavab verilib:“NATO Rusiya qoşunlarının çıxarılmasına dair heç bir sübut olmadığını söyləməklə yanılır”.
Rusiyanın Vyanadakı hərbi təhlükəsizlik üzrə müşaviri Konstantin Qavrilov da münasibət bildirib:“Rəsmi Moskva NATO-nun Ukraynadan imtina etdiyini elan etməsini gözləyəcək”.

Cəmilə ƏZİM