Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlin rəhbərliyinin ABŞ-a təhlükəsizlik zəmanətləri ilə bağlı məktub göndərəcəyini açıqlayıb.
"Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, S.Lavrov Rusiyanın məktubu açıqlayacağını bildirib. Rusiya Ukraynanın NATO-ya üzvlüyünə icazə verilməməsini tələb edir, Vaşinqton və Brüssel isə bu günə qədər bu mövzuda vəd verməkdən imtina ediblər.
Təhlükəsizlik mövzusu ilə bağlı bütün müzakirələrin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, S.Lavrov Belarusla birgə hərbi təlimin fevralın 20-də başa çatacağını da açıqlayıb.
Cəmilə ƏZİM