Kiyev sakinləri şəhərdən çıxırlar.... - FOTOLAR

Sosial şəbəkədə Ukraynadan görüntülər paylaşılıb.

"Sherg.az"ın məlumatına görə, Ukraynanın paytaxtında və digər şəhərlərdə partlayışlar barədə məlumat yayıldığına görə sakinlər Kiyevdən maşınla çıxıb çamadanları ilə metro stansiyalarına üz tuturlar.

Hadisə yerindən fotolar "İnstagram" istifadəçilərinin diqqətini çəkib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib.

Onun sözlərinə görə, mövcud şərait Rusiyadan bu addımı atmağı tələb edir.

Foto: Reuteres, AFP