Suriyada əsgərləri daşıyan avtobusa hücum nəticəsində 13 nəfər ölüb


Suriyada əsgərləri daşıyan avtobusa hücum nəticəsində 13 suriyalı hərbçi öldürülüb, 18-i isə yaralanıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hadisə Palmira şəhəri yaxınlığındakı kənddə baş verib.

Hadisənin başvermə səbəbləri məlum deyil. Hücumu heç bir qruplaşma üzərinə götürməyib.