"Netflix" Rusiyada fəaliyyətini dayandırıb

"Netflix" videoyayım şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandırdığını açıqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə "Variety" jurnalında məlumat verilib.

Məlumata görə, qərar Ukraynadakı vəziyyətin gərginləşməsinə görə qəbul edilib.