Gürcüstanda sürüşmə səbəbindən dəmir yolu əlaqəsi kəsilib


Gürcüstanda İmereti diyarının Xaraqauli rayonunun Marelisi kəndi yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölkənin şərq və qərb rayonları arasında dəmir yolu hərəkəti dayandırılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolu” şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

“Rikotski aşırımının Marelisi kəndi yaxınlığındakı hissəsində torpaq sürüşməsi baş verib, nəticədə dəmir yolunun yanından keçən avtomobil körpüsünə xeyli ziyan dəyib. Dəmir yoluna da ziyan dəyib. Hadisə ilə əlaqədar hərəkət səhər saatlarından yük və sərnişin qatarlarının hərəkəti dayandırılıb”, - məlumatda deyilir.

Əraziyə xüsusi texnika gəlib, dəmir yolu xəttinin təmir üzrə işlər aparılır. Qatarların hərəkətinin bərpası mərhələli şəkildə həyata keçiriləcək.